Tuhelin köməkçisi Almaniya klubunu çalışdıracaq

14:32 - 11 Oktyabr 2022

Tomas Tuhelin köməkçisi Jolt Lev "Ştutqart"ın baş məşqçisi təyin edilə bilər.

Sportal.az "Sky Sport Germany" portalına istinadən xəbər verir ki, Almaniya klubunun baş məşqçi postuna əsas namizəd macarıstanlı mütəxəssisdi. 

Tuhel işsiz olduğuna görə, Lev də ona gələn təklifi dəyərləndirmək niyyətindədi.

Xatırladaq ki, macarıstanlı veteran futbolçu indiyə qədər heç bir komandada baş məşqçi kimi fəaliyyət göstərməyib. 

Xəbər xətti