Özbəkistanın Daşkənd şəhərində cüdo üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan aktivinə növbəti medalı yazdırıb.
Kişilər arasında -100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyev Belçika idmançısı Toma Nikiforova ilə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançımız dünya çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, daha əvvəl -73 kq. çəkidə mübarizə aparan Hidayət Heydərov da dünya üçüncüsü olub.
saytlarin hazirlanmasi
