Mbappe yanvarda PSJ-dən ayrılacaq

18:20 - 11 Oktyabr 2022

PSJ-nin hücumçusu Kilian Mbappe komandadan ayrılmaq istəyir.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yanvarda Paris təmsilçisini tərk etmək niyyətindədir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Fransa millisinin üzvünü "Liverpul" və "Real" transfer etmək istəyir. PSJ rəhbərliyi futbolçunu "Real"dan başqa bütün klublara satmağa hazırdır. 

 

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 11 qol vurub.

Xəbər xətti