Bu klub baş məşqçisi ilə yollarını ayırdı

10:13 - 12 Oktyabr 2022

İtaliyanın "Verona" klubu Qabriele Çoffini baş məşqçi postundan göndərib. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı məşqçinin istefasına səbəb komandanın uğursuz çıxışıdı.

A Seriyasının geridə qalan 9 turunda cəmi 5 xal toplayan klub 18-ci pillədə qərarlaşıb.

O, bu ilin iyun ayında komandaya baş məşqçi təyin edilmişdi.

Xəbər xətti