"Zirə" Niger millisinin üzvü ilə anlaşdı

10:37 - 12 Oktyabr 2022

"Zirə" daha bir legionerlə müqavilə imzalayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu İssa İbrahim Cibrila ilə anlaşıb. Nigerli futbolçu ilə iki il yarımlıq müqavilə imzalanıb.

2023-cü il yanvar ayının 1-dən qüvvəyə minəcək.

Niger millisinin də üzvü olan 27 yaşlı futbolçunun son klubu Türkiyənin "Ankara Keçiörəngücü" komandasıdı.

Sentyabrdan azad agent statusu daşıyan afrikalı ötən mövsüm 21 oyunda 4 qol, 1 assistlə yadda qalıb.

Xəbər xətti