"Qarabağ"ın mətbuat xidmətinin sabiq rəhbəri idman sahəsində çalışacaq

11:09 - 12 Oktyabr 2022

"Qarabağ"ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovun yeni iş yeri dəqiqləşib.

Sportal.az xəbər verir ki, İbrahimov idman sahəsində çalışacaq.

Onun rəhbəri olduğu "Can Sports" idman turizmi və konsaltinq şirkəti artıq fəaliyyətə başlayıb. Şirkət peşəkar klubların üzvlərinin Azərbaycanda qarşılanması, yerləşdirilməsi, eləcə də xaricə səfərlərin, idman tədbirlərinin təşkilati işlərini həyata keçirəcək.
 

Xəbər xətti