"Zirə" bu gün heyətini İssa Cibrilla ilə gücləndirdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, paytaxt klubu nigerli vingerlə iki ilyarımlıq müqavilə imzalayıb.
Ölkəsinin "Sahel" klubunun yetirməsi olan yarımmüdafiəçi Burkino-Fasonun "Rahimo" klubunda da çıxış edib. O, son olaraq "Ankara Keçiörengücü"ndə oynayıb.
