"Yuventus" Alleqri ilə yollarını ayırmayacaq

12:40 - 12 Oktyabr 2022

Çempionlar Liqasının 4-cü turunda “Makkabi”nin qonağı olan “Yuventus” Hayfada rəqibinə 0:2 hesabı ilə uduzub.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubunu Massimiliano Alleqrini istefaya göndərməyəcək. Bunu klubun prezidenti Andrea Anyelli bildirib. İtaliya mətbuatına danışan Anyelli Alleqrinin baş məşqçisi postundan qovulması barədə hələ düşünmədiyini söyləyib:

“Mövsüm ərzində “Yuventus”un baş məşqçi postunda dəyişiklik etmək barədə düşünməmişəm və indi də düşünmürəm. Alleqri bizim baş məşqçimizdir və yaxın gələcəkdə də belə qalacaq. “Yuventus” olaraq biz həmişə qərarları mövsümün sonunda veririk”.

 

Xəbər xətti