"Qarabağ"ın futbolçusu Marko Veşoviç Rusiya Premyer Liqası klublarının maraq dairəsindədi.
Sportal.az xəbər verir ki, bu barədə monteneqrolu futbolçunun agenti Aleksandr Ristiç məlumat verib.
O, Rusiya mətbuatına açıqlamasında Veşoviçin qışda Premyer Liqa klublarından birinə keçidinin mümkün olduğunu bildirib. Bununla yanaşı Ristiç Markonun Azərbaycanda xoşbəxt olduğunu söyləyib.
Monteneqro millisinin üzvünün “Qarabağ”la müqaviləsi 2023-cü ilin iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi
