Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Olimpiakos" matçından öncə Ağdam klubunun üzvü Ramil Şeydayev mətbuat konrfansı keçirilib.
Sportal.az xəbər verir ki, forvard sabah keçiriləcək oyunla bağlı danışıb:
"Ümidvaram ki, sabah hər şey bizim xeyrimizə olacaq. Heç kim asan oyun olacağını düşünmür. Çətin olacaq. "Olimpiakos" revanş almaq istəyəcək. Amma sabah biz də qələbə üçün oynayacağıq. İnanıram ki, bu bizdə alınacaq. Sabah hamını stadionda gözləyirəm.
- Səfərdəki qoldan sonra sevincin çox müzakirə olundu. Bu, yunan azarkeşlərə olan qıcığından irəli gəlirdi?
- Sadəcə qola sevindim. Daxili emosiyaların partlayışı deyildi. Yazmışdılar ki, guya bilərəkdən etmişəm. Amma belə deyildi.
Mirbağırağa
saytlarin hazirlanmasi
