Yığmamız gürcülərlə qarşılaşacaq

14:10 - 12 Oktyabr 2022

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 13-dən 16-dək Bakıda, 17-dən 21-dək isə Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı olacaq.

Sportal.az xəbər verir ki, Bakı toplanışından sonra Gürcüstana gedəcək yekun heyət müəyyənləşəcək.

Milli komanda hazırlıq çərçivəsində oktyabrın 18-də və 21-də gürcüstanlı yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.

Xəbər xətti