Bir müddət əvvəl "Sevilya"nın baş məşqçi postundan uzaqlaşdırılan Xulen Lopeteqi İngiltərəyə yollana bilər.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisə "Vulverhempton"dan təklif gəlib.
Sadəcə olaraq, mütəxəssisin hazırda atasının səhhətində problemlər yaranıb. Buna görə də Lopeteqi İngiltərə klubunun rəsmiləri ilə danışıqları təxirə salıb.
İspaniya millisinin sabiq çalışdırıcısının yaxın günlərdə danışıqları bərpa edərək, "canavarlar"ı çalışdırmağa razılıq verəcəyi iddia edilir.
