"Mançester Yunayted"in istədiyi futbolçu İspaniya klubuna qalacaq

10:06 - 13 Oktyabr 2022

"Valensiya" Xose Qayanın müqavilə müddətini uzatmaq üçün danışıqlara başlayıb.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Primero təmsilçisi 27 yaşlı futbolçuya 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə təklif edib.

"Valensiya" yetirməsi olan müdafiəçi hazırda da komandanın kapitanıdı. PSJ, "Mançester Yunayted"dən təklifi olan Qaya bu mövsüm 4 matçda 1 assist edib.

Onun hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Xəbər xətti