Avropa Liqası: "Fənərbaxça" AEK səfərində, "Mançester Yunayted" Kipr klubuna qarşı

10:28 - 13 Oktyabr 2022

Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun matçları keçiriləcək.

Sportal.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" Kiprdə AEK (Larnaka) klubunun qonağı olacaq. İstanbul klubu qalib gələcəyi təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Türkiyə çempionu "Trabzonspor" isə "Monako"nu qəbul edəcək. Ötən tur "Omoniya"nı səfərdə çətinliklə məğlub edən "Mançester Yunayted" bu dəfə Kipr klubunu İngiltərədə qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

13 oktyabr

A qrupu

20:45. "Budyo-Qlimt" (Norveç) - "Arsenal" (İngiltərə)
23:00. PSV (Niderland) - "Sürix" (İsveçrə)


B qrupu

20:45. AEK (Larnaka, Kipr) - "Fənərbaxça" (Türkiyə)
20:45. “Dinamo” (Kiyev, Ukrayna) - "Renn" (Fransa)


C qrupu

20:45. "Betis" (İspaniya) - "Roma" (İtaliya)
23:00. "Ludoqorets" (Bolqarıstan) - HİK (Finlandiya)


D qrupu

20:45. "Union" (Belçika) - "Braqa" (Portuqaliya)
23:00. "Union" (Berlin, Almaniya) - "Malmö"


E qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr)
23:00. "Real Sosyedad" (İspaniya) - "Şerif" (Moldova)


F qrupu

20:45. "Feyenoord" (Niderland) - "Midtülland" (Danimarka)
23:00. "Latsio" (İtaliya) - "Şturm" (Avstriya)


G qrupu

20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)
20:45. "Nant" (Fransa) - "Frayburq" (Almaniya)


H qrupu

20:45. "Ferentsvaroş" (Macarıstan) - "Srvena Zvezda" (Serbiya)
20:45. "Trabzonspor" (Türkiyə) - "Monako" (Fransa)

 

Xəbər xətti