Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Reyncers"lə qarşılaşan "Liverpul" rəqibini 7:1 məğlub edib.
Sportal.az xəbər verir ki, Şotlandiyadakı qarşılaşma "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub. Belə ki, misirli futbolçu turnirin tarixinə rekordla adını yazdırıb.
Matçın 68-ci dəqiqəsində meydana daxil olan SAlah 6 dəqiqəyə 3 qol vuraraq ÇL-də ən tez het-trik edən oyunçu kimi tarixə düşüb.
