Fransa çempionatının 10-cu turunda "Reyms"lə görüşdə qırmızı vərəqə alaraq meydandan qovulan PSJ-nin müdafiəçisi Serxio Ramosun cəzası dəqiq olub.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçuya iki oyunluq cəza verilib.
Belədə, 36 yaşlı müdafiəçinin Liqa 1-in "Marsel" və "Ayaçço" ilə matçlarında meydanda olmayacağı dəqiqləşib.
