"Neftçi" Premyer Liqanın 10-cu turunda oynayacağı "Kəpəz"lə oyunun hazırlıqlarına davam edir.
Sportal.az xəbər verir ki, "Turan Tovuz"la görüşün ertəsi günü bərpa məşqi keçən paytaxt klubu bir günlük istirahətdən sonra hazırlığına başlayıb.
Bu günkü məşqdə zədəlilər – Sezar Meza Kolli və Eddi İsrafilov iştirak etməyib.
“Kəpəz” – “Neftçi” qarşılaşması oktyabrın 16-sı saat 15:00-da Gəncə şəhər stadionunda baş tutacaq.
