"Barselona" 21 milyon avrodan məhrum ola bilər

13:02 - 13 Oktyabr 2022

"Barselona"nın Çempionlar Liqasındakı uğursuz çıxışı onlar baha başa gələcək. 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" Çempionlar Liqasında qrupdan çıxa bilməsə, 21 milyon avro pul mükafatından məhrum olacaq.

Kataloniya klubunun İdarə Heyəti daha əvvəl 2022/23 mövsümü üçün büdcəni təsdiqləmişdi və Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanarsa, həmin məbləği əldə edəcəkdi.

Çempionlar Liqasının 4-cü turunda "İnter"lə 3:3 bərabərə qalan "Barsa" hazırda qrupda üçüncü pillədədi.

 

Xəbər xətti