Yunanıstan mətbuatı "Qarabağ" matçı haqda: "Olimpiakos"un qalib gəlməli və ya "ölməli" olduğu görüşdü"

13:20 - 13 Oktyabr 2022

Yunanıstan mətbuatı “Olimpiakos” üçün Avropa Liqasının G qrupunun 4-cü turunun Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyunun əhəmiyyətini qeyd edib.

Sportal.az xəbər verir ki, “Onlarissa” portalı Pirey klubunun bu gün “Qarabağ”a qarşı keçirəcəyi oyun haqda bunları yazıb:

"Olimpiakos" getdikcə rəqiblərindən uzaqlaşır. Buna görə də Bakıdakı bugünkü oyun onlar üçünın mütləq qələbəyə ehtiyacı olduğu görüş kimi xarakterizə olunur. Bu, Miçelin komandasının qalib gəlməli və ya “ölməli” olduğu qarşılaşmadır. Başqa seçim də yoxdu. “Olimpiakos” qrupdan çıxmaq istəyir".

Bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq.

Mirbağırağa

Xəbər xətti