"Qarabağ"ın futbolçusu Marko Veşoviç qışda komandanı tərk etməyəcək.
Sportal.az saytına verilən məlumata görə, monteneqrolu müdafiəçi Ağdam klubundan ayrılmaq fikrində deyil.
Dünən futbolçunun agenti Rusiya mətbuatına açıqlamasında Markonun qışda bu ölkənin klublarından birinə keçə biləcəyini söyləmişdi.
Amma məlumata görə, 31 yaşlı futbolçu “Qarabağ”la müqavilə müddətini uzadacaq.
Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-na qədərdi.
Azərbaycana gələnə qədər “Buduçnost”, “Mladost”, “Srvena Zvezda”, “Torino”, “Riyeka”da oynamış Veşoviç “Qarabağ”a 2021-ci ildə keçmişdi.
saytlarin hazirlanmasi
