Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Makkabi” ilə oyununda zədələnən “Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariyanın durumu bəlli olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalıya sağ budunun yüngül zədələnməsi diaqnozu qoyulub.
Bərpa təxminən üç həftə çəkəcək.
Xatırladaq ki, "Yuventus" Hayfada keçirilən görüşdə rəqibinə 0:2 uduzub.
