"Reyms" baş məşqçisi Oskar Qarsiyanı istefaya göndərib.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub uğursuz nəticələrə görə 49 yaşlı mütəxəssislə yollarını ayırıb.
İspaniyalı 2021-ci ilin iyun ayından bu komandaya rəhbərlik edirdi.
"Reyms" 8 xalla 15-ci pillədədi.
