"Verona"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya klubu Salvatore Boketti ilə anlaşıb.
35 yaşlı mütəxəssis 2021-ci ildən "Verona"da işləyir.
Boketti futbolçu karyerası zamanı “Cenoa”, “Frozinone”, “Rubin”, “Spartak”(Moskva), “Milan”, “Verona”, “Peskara” klubları ilə yanaşı İtaliya millisində forma geyinib.
