"Reyncers"in baş məşqçisi Covanni van Bronkhorst Çempionlar Liqasında "Liverpul"a 1:7 hesablı məğlubiyyəti şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan niderlandlı mütəxəssis komandasının darmadağınla uduzması barədə bunları deyib: “Nəticəyə görə çox məyusam. İlk hissədə yaxşı oynadıq. Oyunun içində idik. İkinci qol zamanı isə meydanın mərkəzindəki top itkisindən sonra rəqib hər şeyi tez bir zamanda dəyişdi.
Bunu bir-iki dəfə etdilər. Çox asan qollar buraxdıq. Sonradan hər şey olduqca sürətli alındı. İndi heç nə düşünə bilmirəm. Məğlubiyyəti həzm etməyə çalışıram”.
