"Neftçi"dən autsayderə 7 qol - VİDEO

17:11 - 13 Oktyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda VII turun oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Neftçi-2" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 7:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 15-ə yüksəldən "Neftçi-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bütün matçlarda məğlub olan "İmişli" isə sonuncu yerdədir.

 

“Neftçi-2” 7–1 “İmişli”
Qollar: 
Ağadadaş Salyanski, 22, 29; Vüsal Əsgərov, 35; Bahadur Quliyev, 43, 45; Aqşin Abazərov, 63; Elşad Tağıyev, 90 - Əli Tağızadə, 90+1

 

Xəbər xətti