Ronaldo gənclər komandasında məşq edəcək

17:26 - 21 Oktyabr 2022

"Mançester Yunayted"in əsas komandasından kənarlaşdırılan Kriştiano Ronaldo məşqsiz qalmayacaq.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, portuqaliyalı "qırmızı şeytanlar"ın gənclər komandasında məşq edəcək.

Həftəsonu onun gənclər komandasının məşqlərinə qoşulacağı gözlənilir.

Xatırladaq ki, İngiltərə klubu Premyer Liqanın 13-cü turunun “Çelsi” ilə görüşündən öncə Ronaldonun əsas komandadan uzaqlaşdırıldığını açıqlamışdı.

Bu isə onun “Tottenhem”ə (2:0) qarşı keçirilən oyun başa çatmamışdan əvvəl paltardəyişmə otağına yollanması ilə əlaqədardı.

Xəbər xətti