"Sportinq"un (Lissabon) baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasında işləyə bilər.
Sportal.az "The Telegraph" saytına istinadən xəbər verir ki, Stiven Cerrardla yollarını ayıran "Aston Villa" baş məşqçi postuna əsas namizədi portuqaliyalıdı.
Namizədlər arasında Amorimdən başqa, “Brentford”un baş məşqçisi Tomas Frank, “Vilyarreal”dan Unai Emeri və “Bernli”nin sabiq baş məşqçisi Şon Dayçın da adı var.
37 yaşlı mütəxəssis “Kasa Pia” və “Braqa”nı çalışdırdıqdan sonra 2020-ci ildə “Sportinq”ə baş məşqçi postuna təyin olunub.
