Yığmamızın gürcülərə uduzdu

19:35 - 21 Oktyabr 2022

Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Sportal.az xəbər verir ki, gürcüstanlı yaşıdları ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə uduzub. Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektivin heyətində 46-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.

Oktyabrın 18-də yığmamız gürcülərə 2:1 qalib gəlmişdi. 

Xəbər xətti