"Böyük dəbilqə": Azərbaycanlı idmançı bürünc medal qazandı

19:54 - 21 Oktyabr 2022

BƏƏ-nin paytaxtı Abu-Dabi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində (60 kq) mübarizə aparan Balabəy Ağayev bürünc medala sahib çıxıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı cüdoçu üçüncü yer uğrunda qarşılaşmada Turan Bayramova qalib gəlib. Bayramov isə turniri 5-ci pillədə başa vurub. 

Qadınların mübarizəsində isə 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva 7-ci yerlə kifayətlənib.

Xəbər xətti