"Mançester Siti", "Yuventus" və "Barselona" braziliyalını istəyir

20:18 - 21 Oktyabr 2022

"Palmeyras"ın 16 yaşlı hücumçusu Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, "Arsenal" forvardın xidmətində maraqlıdır.

London klubunun işi asan olmayacaq. Məsələ burasındadır ki, braziliyalını "Real", "Yuventus", "Mançester Siti" və "Barselona" da istəyir. 

Ötən yay "Palmeyras"la ilk peşəkar müqaviləsini imzalayan Andrikin transfer qiyməti 32 milyon avrodu. 

Xəbər xətti