"Arsenal" legioneri ilə müqavilə müddətini uzadıb

20:35 - 21 Oktyabr 2022

"Arsenal" Qabriel Maqalyaeslə müqavilə müddətini uzadıb.

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, braziliyalı 2027-ci ilə qədər London klubuna məxsus olacaq.

Qabriel bu mövsüm "Arsenal"ın heyətində 10 oyunda meydana çıxıb.

“Avai” yetirməsi olan 24 yaşlı mərkəz müdafiəçi “Lill”, “Trua”, “Dinamo”(Zaqreb) klublarında oynadıqdan sonra 2020-ci ildə “Arsenal”a keçib.

Xəbər xətti