Türkiyə kubokunda püşk atıldı: "Qalatasaray" və "Beşiktaş"ın rəqibləri bəlli oldu

21:19 - 21 Oktyabr 2022

Türkiyə kubokunda 4-cü turun püşkü atılıb.

Sportal.az xəbər verir ki, turnirin əsas favoritləri "Beşiktaş" və "Qalatasaray"ın da rəqibləri bəlli olub.

"Qara qartal" "Serik Belediyespor"la, "cim-bom" isə "Ofspor"la üz-üzə gələcək.

Qarşılaşmalar noyabrın 8-10-u aralığında keçiriləcək. 

 

Xəbər xətti