Almaniyalı məşqçi Premyer Liqa klubunun təklifindən imtina etdi

22:19 - 21 Oktyabr 2022

"Çelsi"dən ayrılan Tomas Tuxel İngiltərə Premyer Liqasına qayıtmaq şansına sahibdi.

Sportal.az “The Telegraph”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Aston Villa”dan təklif alıb.

Amma o, Birmingem klubunu çalışdırmaqda maraqlı olmadığını qarşı tərəfə bildirib.

Halbuki İngiltərə klubunun rəhbərliyi Tuxelə ciddi müqavilə və yüksək transfer büdcəsi təklif edib. 

Xatırladaq ki, Premyer Liqa təmsilçisi dünən Stiven Cerrardı istefaya göndərib.

Xəbər xətti