Mahir oynamadı, "Dinamo" bərabərə qaldı

22:39 - 21 Oktyabr 2022

Xorvatiya çempionatında 14-cü turun matçları start götürüb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" da növbəti oyununa çıxıb.

Zaqreb təmsilçisi "Hayduk"la üz-üzə gəlib. Mahirin komandası Split klubu ilə 1:1 bərabərə qalıb.

Emreli bu oyunun iştirakçısı olmayıb.

“Dinamo” 14 turdan sonra 35 xalla liderdi. 

Xəbər xətti