İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, qadın güləşçimiz Nigar Mirzəzadə yarışı gümüş medalla başa vurub.
Mirzəzadə finalda yaponiyalı Miva Morikavaya 0:10 uduzub.
Yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medala sahib çıxmışdı.
