"Napoli" gürcü ilə müqavilə imzalayacaq

10:45 - 23 Oktyabr 2022

"Napoli" Xviça Kvaratsxeliyanı buraxmaq niyyətində deyil.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki,

Neapol klubu gürcü futbolçu ilə müqavilə müddətini artırmaq istəyir.

Yeni müqaviləyə əsasən 21 yaşlı yarımmüdafiəçi 2028-ci ilə qədər "Napoli"yə məxsus olacaq.

Onun maaşı da iki dəfə artırılacaq.

2022-ci ilin iyulunda “Napoli”yə keçən Xviçanın xidmətində Avropanın nəhəngləri maraqlıdı.

Xəbər xətti