17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.
Sportal.az xəbər verir ki, yığmamız bu gün Bakı vaxtı ilə saat 20:00-da Latviya ilə üz-üzə gələcək. Oyunu İsveçdən və Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan Avropa çempionatının seçmə mərhələsində B Liqasının 4-cü qrupunda Latviya və Slovakiya ilə mübarizə aparacaq.
23 oktyabr
20:00 Latviya – Azərbaycan
Hakimlər: Lovisa Johansson, Emelie Elfstrand (İsveç), Line Cathrine Nymoen, Emilie Torkelsen (Norveç)
Salaspils. Salaspils BSS stadium.
