"Mançester Yunayted" Kriştiano Ronaldoya əvəzləyici axtarır.
Sportal.az "Deportes Cuatro"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Ronaldonun həmyerlisini komandaya gətirmək istəyir.
Belə ki, artıq Joau Feliks üçün klub "Atletiko" ilə danışıqlar başlanılıb.
PSJ-nin də transfer siyahısında yer alan Feliksin seçimini hansı komandadan yana edəcəyi yaxın günlərdə dəqiqləşəcək.
