"Milan" baş məşqçisinin müqavilə müddətini uzadacaq

13:19 - 23 Oktyabr 2022

"Milan" rəhbərliyi Stefano Pioli ilə müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" 57 yaşlı mütəxəssisə daha bir illik müqavilə təklif edib.

2019-cu ilin oktyabrından "Milan"ı çalışdıran italiyalı məşqçi yeni müqavilə razılaşarsa, 2024-cü ilə qədər komandaya rəhbərlik edəcək.

Ötən mövsüm komanda onun rəhbərliyi altında İtaliya A seriyasını qazanıb. 

Xəbər xətti