FİDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik etdi

13:37 - 23 Oktyabr 2022

İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatı başa çatıb.

Sportal.az Azərbaycan Şahmat Federasiyasının saytına istinadən xəbər verir ki, turnirin qalibi olan Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medalla kubok təqdim edilib.

Onların şərəfinə Azərbaycan himni səsləndirilib.

Bağlanış mərasimindən sonra FİDE prezidenti Arkadi Dvorkoviç azərbaycanlı şahmatçıları qələbə münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

 

Xəbər xətti