"Barselona” yenidən bütün kuboklar uğrunda mübarizə aparacaq"

13:55 - 23 Oktyabr 2022

Hazırda “Tottenhem”də icarə əsasında çıxış edən Kleman Lanqle “Barselona”nın gələcəyinin parlaq olduğunu bildirib.

Sportal.az “The Times”a istinadən xəbər verir ki, fransalı müdafiəçi Kataloniya klubu barədə bu cür danışıb:

“Şübhəsiz ki, “Barselona” top klubdu. Son illər onlar üçün elə də uğurlu deyildi. Amma hələ hər şey qarşıdadı. Düşünürəm ki, yaxın bir neçə ildə “Barsa” yenidən bütün mümkün kuboklar uğrunda mübarizə aparacaq”.

27 yaşlı  müdafiəçi "Nansi", "Sevilya"da oynadıqdan sonra 2018-ci ildə "Barselona"ya keçmişdi. Bu yay isə o, "Tottenhem"ə icarəyə verilib. 

Xəbər xətti