Mehriban Əliyeva dünya çempionu olmuş idmançılarımızı təbrik etdi

15:12 - 23 Oktyabr 2022

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Sportal.az xəbər verir ki, təbrikdə bunlar yazılıb:

​"Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!".

Xəbər xətti