"Real"ın forvardı növbəti oyunu buraxacaq

15:31 - 23 Oktyabr 2022

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Leyptsiq"lə oyununa çıxmayacaq.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti bu barədə məlumat verib. İtaliyalı fransalı hücumçunun oynamayacağını deyib:

"Benzema çərşənbə axşamına qədər hazır olmayacaq. Bazar günü keçiriləcək "Jirona" ilə görüşdə oynayacaq. Buna görə narahat deyiləm, çünki ciddi zədə deyil. Benzema formada olanda bizim üçün çox vacib oyunçu olaraq qalır".

Benzema zədə səbəbindən Primeronun 11-ci turunun "Sevilya" ilə (3:0) görüşündə meydana çıxmayıb.

"Leyptsiq" - "Real" görüşü oktyabrın 25-i keçiriləcək.

Xəbər xətti