UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" sabah səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yollanacaq.
Sportal.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi kollektiv Bosniyaya 13 futzalçı ilə yollanacaq.
Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov
Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.
Xatırladaq ki, Felipinyo cəza səbəbindən bu oyunlarda iştirak edə bilmyəcək.
