Dadaşov qayıtdı, komandası qələbə qazandı

20:37 - 23 Oktyabr 2022

İsveçrə Superliqasının 13-cü turu keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyinən "Qrasshopper" növbəti görüşünə çıxıb.

Belə ki, onun komandası "Sürix"lə üz-üzə gəlib. Dadaşovun komandası 4:1 qalib gəlib.

Millimizin üzvü 78-ci dəqiqədə meydanda çıxıb.  Hazırda "Qrasshopper" 17 xalla 6-cı pillədədi.

Xəbər xətti