Yusuf Lavalın durumu bəlli oldu

12:46 - 24 Oktyabr 2022

Oktyabrın 23-ü Premyer Liqanın 11-ci turu çərçivəsində “Neftçi” – “Sabah” matçının ilk hissəsində zədələnən futbolçu Yusuf Laval müayinədən keçib.

 

Sportal.az xəbər verir ki, bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında deyib:

 

“Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.

 

Laval fasilədə Yeqor Boqomolski ilə əvəzlənib. Qarşılaşma “Neftçi”nin 2:3 hesablı məğlubiyyəti ilə bitib.

Xəbər xətti