"İnter"dən "Çelsi"yə

11:59 - 27 Oktyabr 2022

"Çelsi" "İnter"in müdafiəçisi Denzel Dumfrisi transfer etmək istəyir. 

Sportal.az “90min” portalına istinadən xəbər verir ki, londonlular niderlandlını zədələnərək sıradan çıxan Ris Ceymsin əvəzinə komandaya cəlb etmək niyyətindədi.

Ötən il də “zadəganlar” eyni problemlə üzləşmiş və yayda klub rəhbərliyi ingilis futbolçuya layiqli əvəzləyici axtarmağa başlamışdı.

Buna görə də onlar Denzel üçün danışıqlara başlayıb. 

​Bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 16 oyuna çıxan niderlandlı, iki qol vurub, iki assist edib. 

 

Xəbər xətti