"Porto"nun qolkiperi ÇL-də rekorda imza atdı

11:08 - 27 Oktyabr 2022

"Porto"nun qapıçısı Dioqo Kosta Çempionlar Liqasında rekorda imza atıb.

Sportal.az "Opta Sport"a istinadən xəbər verir ki, o, buna turnirdə üç penalti dəf etməklə nail olub. 

Portuqaliyalı 2003/2004 mövsümündən bu yana Avropanın nüfuzlu klub turnirində bir sezonda üç dəfə 11 metrlik zərbəni dəf edən yeganə qapıçı ünvanına sahibdi. 

Qolkiper ÇL-in beşinci turunda "Brügge"nin 51-ci dəqiqədə penaltidən fərqlənməsinə mane olub. 

Xatırladaq ki, aktivindəki xalların sayını 9-a yüksəldən “Porto” B qrupunda ikinci pilləni təmin edib.

23 yaşlı qapıçı “Porto” yetirməsidi və 2019-cu ildən əsas komandada çıxış edir.

1999-cu ildə İsveçrədə dünyaya gələn qapıçı ötən il Portuqaliya millisində ilk oyununu keçirib. 

Xəbər xətti