Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz Naxçıvan" Çempionlar Liqasının pley-off mərhələsində növbəti oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi kollektiv 5-ci qrupda Serbiyanın "Lozniça-Qrad" klubu ilə qarşılaşacaq.
19:30 "Lozniça-Qrad"(Serbiya) - "Araz Naxçıvan" (Azərbaycan)
"Araz Naxçıvan": Mikael Deon, Cavad Məmmədov – Ramiz Çovdarov, Katatau, David Qustavo, Vitao, Pedro Torres, Ponçe, Andreau Varqas, Xəzər Ağalızadə, Vitinyo, Fərid Ələkpərov, Snesio
Qrupun digər oyununda isə "Mostar" (Bosniya və Herseqovina) "Örebro" (İsveç) ilə görüşəcək.
Xatırladaq ki, "Araz Naxçıvan" ilk turda "Örebro"ya 2:5 uduzubsa, "Lozniça-Qrad" "Mostar"a 2:1 qalib gəlib.
