Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi ayrılığı gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Valerien İsmaellə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Valerien İsmael bu ilin mart ayından "Beşiktaş"ı çalışdırırdı. Komanda 11 turdan sonra 19 xal toplayıb və Super Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi